Haqqımızda

“Sfera-96″ MMC Bakı Polad Konstruksiyanın nəznində  1996-cı ildən fəaliyyətə başlamışdır və əsas fəaliyyət sahəsi metal konstruksiyanın emal və montajından ibarətdir. Sifarişçinin təqdim etdiyi layihəyə əsasən müxtəlif növ metal konstruksiyalar emalatxanamızda emal edilir, yığılır və sifarişçinin tələblərinə uyğun olaraq yerində quraşdırılır. Bizim üçün sifarişçi razılığı çox mühümdir.
Firmamız inşaat sektorunda lider şirkətlər ilə birlikdə layihələrdə iştirak edir və cavabdeh olduğu layihələri müvəffəqiyyətlə tamamlayır. Bizim yaxın gələcəkdə məqsədimiz fəaliyyətimizi daha da genişləndirmək, müasir avadanlıqlarla təmin olunmaq, o cümlədən şirkətdə ixtisaslı kadrların sayını artırmaqdır. Müasir avadanlıqlardan düzgün istifadə məqsədi ilə şirkət daxilində təlimlərin təşkil olunması bizim qarşımıza qoyduğumuz məqsədlərdən biridir.